Qadin.NET / Azərbaycanda necə QİÇS xəstəsi var?

Azərbaycanda necə QİÇS xəstəsi var?

 

Azərbaycanda necə QİÇS xəstəsi var?

İndiydək Azərbaycanda 4474 nəfər HİV-ə yoluxub. ANS TV-nin məlumatına görə, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) insana ilk dəfə 1926-ci ildə meymundan keçib. Tədqiqatçıların araşdırmalarında isə deyilir ki, insan ilk dəfə bu virusu Qərbi Afrikada qazanıb. XX əsrin əvvəllərinə kimi bu virusdan xəbərsiz olan ictimaiyyət, 1959-cu ildə Konqoda bir sakinin ölməsindən sonra onu kəşf etdi. 
Virusun tarixi göstərir ki, o ötən əsrin sonlarında Amerika Birləşmiş Ştatları, Haiti, İsveç, Tanzaniyada homoseksuallar və fahişələr arasında çox geniş yayılmışdı. 1985-ci ildə aşkar oldu ki QİÇS orqanizmin mayeləri olan qan, sperma və ana südü vasitəsilə yayılır. Ancaq ən əsas ötürücü qan sayılır. Virus əsasən cinsi yolla, doğuş zamanı virusa tutulmuş anadan övladına, həmçinin ananın öz övladını südlə qidalandırması zamanı, üzqırxan, salonlarda istifadə olunan sterilizə olunmamış pedikur dəsti və digər kəsici alətlər vasitəsilə, diş fırçası ilə ötürülə bilir. Amma virus illərlə orqanizmdə qalaraq özünü biruzə verməyə də bilər. 
Müasir dövrdə texnoloji inkişafın yüksək səviyyədə olmasına baxmayaraq bu xəstəlikdən tamamilə sağalma hələ də mümkün deyil. Müəyyən müalicələr vasitəsilə insan ömrünü sadəcə bir az uzatmaq olar. Dünyəvi xəstəlik sayılan QİÇS Azərbaycandan da yan keçməyib. 
Ölkəmizdə HİV infeksiyası ilk dəfə 1987-ci ildə aşkar edilib. Bu virusdan əziyyət çəkənlər arasında 98 nəfəri 17 yaşına çatmayan uşaq və yeniyetmələrdir. Onların 82-si anadan bu virusu qazanıblar. Ümumilikdə isə dövlət qeydiyyatında olan xəstələrdən 1123 qadındır. Düzgün həyat tərzi sürməyən insanalar arasında yayılan bu virus kişilər arasında daha çox müşahidə olunur. Ölkəmizdə epidemiya əsasən yüksək riskli qrupa aid olan infeksion narkotik istifadəçiləri arasında yayılıb. 
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəsmisi Natiq Zülfüqarovda bu xəstəliyin 55 faizinin narkomanlar arasında yayılma faktını təsdiqlədi. Bu 2240 nəfər edir ki, buda az bir rəqəm deyil. Onun sözlərinə görə, bu cür simptomların daşıyıcılarının adları mərkəzdə tam məxfi saxlanılır.
Ölkə üzrə bu xəstəlikdən həyatını itirənlərin sayı artıq 667 nəfərdir. Özündə bu virusu daşımaq şübhəsi olanlar Respublika QİÇS əleyhinə Mübarizə Mərkəzinə müraciət edərkən qan nümunələri verir. Nümunələrdə QİÇS virusunun aşkarlanması halında həmin şəxs xəbərdarlıq adlanan sənədi imzalamalıdır. Bu sənədlə virus daşıyıcısı özündən başqa heç kimi QİÇS-ə yoluxdurmamağa zəmanət verir. Əgər həmin şəxsdən virusa yoluxmaq barədə şikayət gələrsə və sübuta yetirilərsə o zaman QİÇS- daşıyıcısı qanunvericiliklə müəyyən olunmuş qaydada cəzalandırılır. Hətta QİÇS-ə qəsdən yoluxdurmaya görə 7 ilədək həbs cəzası düşür. Virusa yoluxma halları, Rusiyada yaşayan azərbaycanlılar arasında daha geniş yayılıb. 
Natiq Zülfüqaovun qeyd etdiyinə görə, virusla bağlı mərkəzin əməkdaşları böyük ticarət mərkəzlərində, Bakı Metropolitenində, Bakı Beynəlxalq Avtovağzalında, Bakı Dəmiryol vağzalında- insanların sıx toplaşdığı yerdə testləşdirmə aparır. 
Azərbaycanda ən çox yoluxma faktları cənub bölgəsində qeydə alınıb. Ümumilikə isə HİV infeksiyası halları Azərbaycanın 57 inzibati rayonlarında müəyyən edilib ki, onların böyük əksəriyyəti bölgələrin payına düşür. Virus daşıyıcılarının sayına görə, Şirvan şəhəri və Hacıqabul rayonu ən aktiv ərazilərdən sayılır. QİÇS-lə Mübarizə Mərkəzi isə əmin edir ki, bu virusa yoluxma ilə qeydiyyata düşənlərin anonimliyi ən yüksək səviyyədə qorunur. 
Çünki xəstədə etibar olmasa mərkəzə də müraciət etməz. Xəstəlikdən əziyyət çəkənlərə dərmanlar tam pulsuz verilir. Bu dərmanları isə bütün apteklərdən tapmaq olmur. Yalnız mərkəzin nəzdində fəaliyyət göstərən apteklərdən bu cür dərmanları əldə etmək olar. 

Mənbə: ANS PRESS

 

17 dekabr 2014
GO BACK