Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Bu gün ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında, gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir 15 m/s-dək güclənəcək. Temperatur gecə 4-6° isti, gündüz 6-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 17-də Abşeron yarımadasında antisiklon hava tipi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Dekabrın 17-18-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gilavar küləyinin əsməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3-7°, gündüz 7-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Temperatur gecə 2-6° isti, gündüz 7-11° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
 bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 5-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.

Mənbə: Milli.Az

 

17 dekabr 2014
GO BACK