Bu göbələyin qiyməti dodaq uçuqladır. Dünyanın ən böyük göbələyi satışa çıxarılır. Hərrac Nyu Yorkda keçiirləcək.
ANS PRESS-in məlumatına görə, ən ağır göbələyin çəkisi 1890 qramdır. İş adamları bu məhsul üçün növbəyə dayanıblar.
Bu günlərdə isə göbələk üçün ən çılğın təklif gəlib. Belə ki, çinli bir iş adamı trufel göbələyi üçün rekord qiymət təklif edib.
Onun təklif etdiyi qiymət nə az, nə çox düz bir milyon dollardır.
Qeyd edək ki, adıçəkilən göbələk restoranlarda qramla verilir. Onun qramla hazırlanan delikates hesab edilən yeməyinin qiyməti isə minlərlə dollar civarındadır.
Trufel göbələyi ancaq payız fəslində olur.
Mənbə: ANS PRESS