Dünyanın ən zərərli içkisi müəyyən edilib. ANS PRESS-in məlumata görə, sevərək qəbul etdiyiniz üdlü kakaolu kokteyl (milkshake) ziyanlı olduğu müəyyənləşib. Kolori ilə zəngin olmaqla yanaşı, tərkibində doymuş yağ turşuları olan südlü kakaolu kokteyl mütəxəssislər tərəfindən ən ziyanlı içki hesab edilir.Mütəxəssislər bildirirlər ki, içərisində şokoladlı dondurma əlavə edilən bu içki qara ciyər üçün də çox ziyanlıdır. Bu içkinin tərkibindəki qoruyucu maddələr piylənməyə səbəb olur. Mütəxəssislər məsləhət görürlər ki, südlü kakaolu kokteyli çox sevirsizsə, onu ev şəraitində hazırlayın.
Bu içkini həftədə 2-3 fincandan artıq qəbul etməyin.
Mənbə: ANS PRESS