Bu günlərdə Facebook sosial şəbəkəsinin istifadəçiləri kütləvi şəkildə virus daşıyan mesajların göndərilməsindən şikayətlənirlər. Milli.Az Rusiya KİV-nə istinadən bildirir ki, bu tipli mesajlar istifadəçilərin öz dostlarından gəlir. Onların hansısa statusda və ya videoda işarələndiyini qeyd edirlər. Həmin keçidə daxil olduqdan sonra isə virus kompüterə yüklənir. Bundan sonra eyni mesajlar həmin istifadəçidən başqalarına getməyə başlayır. Mütəxəssislər bu tipli mesajları heç bir halda açmamağı tövsiyyə edirlər.
Mənbə: Milli.Az