Qadin.NET / Azərbaycanda torpaq alqı-satqısında yeni qaydalar

Azərbaycanda torpaq alqı-satqısında yeni qaydalar

 

Fərdi yaşayış evinin tikilməsi üçün bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməzlər.
Trend-in məlumatına görə, bu barədə məsələ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycancan Respublikası Qanununa təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən qanuna təklif olunan 9.8-ci maddədə qeyd olunur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.
Dəyişikliklər Milli Məclisin iclasında müzakirə edilərək qəbul edilib.

Mənbə: Milli.Az

 

16 dekabr 2014
GO BACK