Qadin.NET / Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 17-də gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu keçəcəyi, əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında dekabrın 17-də hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Lənkəran və Astara bölgəsində az yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, 3-8 dərəcə isti gözlənilir.

Mənbə: Milli.Az

16 dekabr 2014
GO BACK