“Neftin qiyməti kəskin olaraq düşür. Buna görə də qonşu ölkələrdə benzinin qiyməti azalır. Ancaq Azərbaycan benzinin qiyməti aşağı düşmür”.
ANS PRESS-in məlumatına görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışında deyib.
O bildirib ki, Azərbaycan “Premium 95” benzini hətta xaricdən alır: “Mən iqtisadiyyat və Sənaye Nazirliyi tabeliyindəki Tarif Şurasında benzinin maya dəyərinə yenidən baxılmasını təklif edirəm. Benzinin qiymətinə yenidən baxılmalıdır, çünki benzinin dəyərinin azaldılmasına ehtiyac var”, - deyə millət vəkili Vahid Əhmədov qeyd edib.
Mənbə: ANS PRESS