Qadin.NET / 5 mindən çox Santa Klaus yarışdı

5 mindən çox Santa Klaus yarışdı

 

5 mindən çox Santa Klaus yarışdı

İspaniyanın paytaxtı Madriddə Milad bayramı ərəfəsində maraqlı marafon keçirilib. Təxminən 6 min iştirakçının qatıldığı marafon xeyriyyə məqsədi daşıyıb.Santa Klaus kostyumunda qaçan böyüklərə elf (meşədə yaşayan sehirli varlıqlar) geyimindəki balacalar da qatılıblar. Şəhərin mərkəzi küçələrindən keçən marafonun uzunluğu 5,5 kilometr olub. İştirakçıların adambaşına ödədiyi 1 avro dünyada yoxsul uşaqlara Yeni İl hədiyyələrinin alınmasına sərf ediləcək.

 

Mənbə: ANS PRESS

16 dekabr 2014
GO BACK