Qadin.NET / Cəbhədə güclü atışma

Cəbhədə güclü atışma

 

Cəbhədə güclü atışma

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilib. Erməni silahlı bölmələri Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Qaraqaşlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

 

Mənbə: ANS PRESS

16 dekabr 2014
GO BACK