Qadin.NET / Ən populyar proqramlaşdırma dili hansıdır?

Ən populyar proqramlaşdırma dili hansıdır?

 

TIOBE software şirkətinin ekspertləri 2014-cü ilin dekabr ayı üçün proqramlaşdırma dillərinin populyarlıq reytinqini dərc ediblər.Milli.Az İCT nevs-a istinadən bildirir ki, TIOBE softwarenin versiyasına görə, C dili dünyanın ən populyar proqramlaşdırma dilidir. Belə ki, müxtəlif ölkələrdən olan proqramçıların 17,588 faizi məhz bu dildən istifadə edir.

 

İkinci pillədə Java proqramlaşdırma dili qərarlaşıb: proqramçıların 14.959 faizi bu dillə işləyir. Apple korporasiyası tərəfindən istifadə edilən Objective-C kompilyasiya edilən obyekt yönümlü proqramlaşdırma dili isə üçüncü yerdə qərarlaşıb. Dünya proqramçılarının 9.130 faizi bu dildən istifadə edir.
C++, C# və PHP proqramlaşdırma dilləri müvafiq olaraq dördüncü, beşinci və altıncı pillədə qərarlaşıblar. TIOBE softwarenin ekspertləri qeyd ediblər ki, bir il ərzində hər üç proqramlaşdırma dilinin populyarlığı orta hesabla 1.5 faiz azalıb.
javascript, Python və Visual Basic.NET, Perl proqramlaşdırma dilləri reytinqdə 7-10-cu pillədə bərqərar olub. Bu proqramlaşdırma dillərinin hər biri ötən bir ildə mövqeyini gücləndirib.
Mənbə: Milli.Az
16 dekabr 2014
GO BACK