Qadin.NET / 5G zəif inkişaf edir

5G zəif inkişaf edir

 

ABI Research analitik şirkətinin məlumatına görə, yüz milyonluq abunəçi səviyyəsinə çatmaq üçün 5G texnologiyası beşillik məsafəni qət etməli olacaq.Milli.Az İCTnevs-a istinadən bildirir ki, ekspertlər 4G-nin uğurunu sürətlə bazara onun potensialını açan çoxlu güclü smartfonların çıxarılması ilə əlaqələndirirlər. 5G texnologiyası isə ilkin mərhələdə onun şəbəkələrinin mürəkkəbliyinə görə zəif inkişaf edəcək və yalnız 2023-cü ilədək bu texnologiyanın kütləvi şəkildə yayılmasını görmək mümkün olacaq.Analitiklər 5G-ni ilkin tətbiq edən ölkələrin ümumi xüsusiyyətlərə malik olmasını qeyd edirlər. Bu, əhalisi çox olan ölkələrdir və onlar arasında şəhər sakinlərinin faiz nisbəti üstünlük təşkil edir. Həmçinin onlar yüksək texnologiyalar sahəsində yaxşı inkişaf etmiş şirkətlərə malikdirlər. Məhz bu ölkələr 5G-nin kütləvi şəkildə yayılmasına töhfə verəcək. ABI Researchin tədqiqatlar üzrə direktoru Filipp Solis bu ölkələr arasında ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanı vurğulayıb.Ekspertlərin qənaətinə görə, 5G şəbəkələri kiçik şanlara malik şəbəkələr olacaq və onların praktiki tətbiqi ilkin vaxtlarda əhalinin sıx yaşadığı ərazilərlə məhdudlaşacaq. Lakin uzaq gələcəkdə 5G makro şanılarının yaradılması istisna edilmir.

 

Mənbə: Milli.Az
16 dekabr 2014
GO BACK