Qadin.NET / Sony "ağıllı" qıfıl satacaq

Sony "ağıllı" qıfıl satacaq

 

Son zamanlar Yaponiyanın Sony şirkəti itkilərlə üzləşib. Buna görə şirkət diqqətini innovativ məhsullar istehsalına yönəldib.

Belə ki, Sony korporasiyası ağıllı Qrio qıfılının istehsalına başlamaq üçün pul toplama kampaniyasına başlayıb. Yaponiya şirkəti bu yolla öz məhsuluna diqqət cəlb etmək, yenidən innovativ şirkət imicini qazanmaq istəyir. İstifadəçilər bu məhsulu 11250 yena (təxminən 95 dollar) ödəməklə ilkin sifariş edə bilərlər. 
Milli.Az İCTnevs-a istinadən bildirir ki, başqa belə qurğular kimi Qrio Smart Lock smartfondan verilmiş əmr üzrə qapını bağlaya və aça bilir. Sony öz məhsulunun əsas üstünlüyü kimi yığcam ölçülərini göstərir. Qıfılın rəqəmli açarlarını messencerlərin köməyi ilə dostlara göndərmək olar. Həm də Sonynin həlli rəqiblərlə müqayisədə daha ucuz olacaq.
Mənbə: Milli.Az

 

15 dekabr 2014
GO BACK