Qadin.NET / Google xəbərlərini bağlayır

Google xəbərlərini bağlayır

 

Google internet şirkəti İspaniyada növbəti ilin yanvarından qüvvəyə minəcək yeni qanunvericilik tələbləri ilə əlaqədar cari ilin dekabrın 16-dan etibarən xəbərlər xidmətinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib. 

Milli.Az ICTnevs-a istinadən bildirir ki, yeni qaydalara əsasən, İspaniyanın bütün nəşrləri öz istəyindən asılı olmayaraq Google News xidmətində və ona oxşar digər servislərdə yerləşdirilən məqalənin hər fraqmentinə görə ödəniş tələb etmək hüququna malik olacaq. Google rəhbərliyinin fikrincə, İspaniya hakimiyyətinin bu cür yanaşması qəbuledilməzdir. Çünki Google News resursu reklam bannerlərini yerləşdirmir və bu səbəbdən əlavə gəlir mənbələrinə malik deyil.
Google Newsun rəhbəri Riçard Ginqras qeyd edib ki, şirkət gələcəkdə də xəbərlər sənayesinə dəstək vermək niyyətindədir və oxucu auditoriyasının genişləndirilməsi və informasiya resurslarının gəlirlərinin artırılması məqsədilə dünyada bütün tərəfdaşları, o cümlədən İspaniya ilə əməkdaşlığı davam etdirəcək.
Mənbə: Milli.Az

 

15 dekabr 2014
GO BACK