Qadin.NET / Yeni il qabağı Bakıda ucuz kənd təsərrüfatı məhsullarını haradan almaq olar? - SİYAHI

Yeni il qabağı Bakıda ucuz kənd təsərrüfatı məhsullarını haradan almaq olar? - SİYAHI

 

Bakıda Yeni il ərəfəsində satış yarmarkaları keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 27-31 dekabr 2014-cü il tarixlərində, fasiləsiz olaraq 5 gün müddətində nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunur:
Xətai rayonu - Ukrayna dairəsinin yanı;
Nəsimi rayonu - S.Vurğun küçəsi, 73, Təzə bazarın ərazisi;
Yasamal rayonu - Şərifzadə küçəsi, 1, Rabitə Kollecinin arxası;
Nərimanov rayonu - "Gənclik" metrostansiyasının yanı;
Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, məktəbin arxası;
Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi; Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 12;
Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və orada satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Mənbə: Milli.Az

 

15 dekabr 2014
GO BACK