Qadin.NET / Bu il 10 min ailə dağılıb

Bu il 10 min ailə dağılıb

 

 

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 73,2 min nikah və 10 min boşanma halı qeydə alınıb.Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,3 və 1,3 olub.2014-cü ilin yanvar-oktyabr aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafıq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1455 nəfər gələn və 690 nəfər ölkədən gedən qeydə alınıb.

Mənbə: Milli.Az

15 dekabr 2014
GO BACK