Dünya bazarında neft daha da ucuzlaşarsa, bu Azərbaycanın banklar üzrə proqnozuna mənfi təsir göstərə bilər. ANS TV-nin məlumatına görə, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin açıqladığı hesabatında qeyd edilir. Agentliyinin proqnozuna əsasən 2015-ci ilə Azərbaycanın banklar üzrə proqnozu sabit qalacaq, lakin neft qiymətlərinin daha aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatı zəifləyərsə, bu barədə danışmaq bir qədər çətin olacaq.
Hesabatda həmçinin qeyd olunur ki, 2015-ci ildə bank sistemləri üzrə proqnozlar geosiyasi amillər və neft qiymətləri ilə müəyyən olunacaq. Sanksiyalar və daha ucuz neft qiymətləri Rusiya iqtisadiyyatına və Rusiya banklarına da mənfi təsir göstərəcək.
Mənbə: ANS PRESS