Azərbaycan Təhsil Nazirliyi 10 min şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji-pedaqoji monitorinqini keçirir.
Trend xəbər verir ki, Təhsil Nazirliyinin ümumi təhsil sahəsində bu il gördüyü işlərə dair hesabatına əsasən, bundan əlavə, bu il fizika-riyaziyyat və informatika təmayüllü liseydə İnformatika üzrə Olimpiada Mərkəzi açılıb. Olimpiada Mərkəzinin yaradılmasının əsas məqsədi istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsi və şagirdlərin olimpiadalara mütəşəkkil və davamlı şəkildə hazırlanmasının təşkilindən ibarətdir.
Təhsil Nazirliyi tərəfindən müsabiqə əsasında Dərslikləri Qiymətləndirmə Şurasının yeni tərkibi formalaşdırılıb.
Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri aparılır, 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinin başlanılması nəzərdə tutulur.