Qadin.NET / Sabah 10 dərəcə isti olacaq

Sabah 10 dərəcə isti olacaq

 

Sabah 10 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında mülayim hava üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaq. Şimal küləyi əsəcək.
Temperatur gecə 3-5, gündüz 7-10 dərəcə isti gözlənilir.
Rayonlarda da dekabrın 16-da arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcəyi ehtimal olunur. Gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, arabir duman olacağı gözlənilir.
Temperatur aran rayonlarında gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı bildirilir.

Mənbə: ANS PRESS

 

15 dekabr 2014
GO BACK