Dünyaca məşhur Amazon alış-veriş saytının Britaniya bölməsi bir neçə saat ərzində bütün məhsulları cəmi 1 penniyə satıb. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, proqram təminatında yaranan problemlər ucbatından belə bir şey baş verib. Hadisə satıcılara ciddi ziyan vurub. Amazonun özünün isə nüfuzuna mənfi təsir göstərib.
İlkin məlumata görə, əsas səbəb saytda istifadə edilən RepricerExpress proqramındakı problem olub. Amazon vasitəsi ilə satış edən şirkətlər 100 min funt sterlinqə qədər ziyana düşüblər.
Mənbə: Milli.Az