Qadin.NET / WhatsApp istifadəçiləri üçün xoş xəbər

WhatsApp istifadəçiləri üçün xoş xəbər

 

 

Dünyanın ən populyar mobil messencer proqramı olan WhatsApp-ın kompüterlər üçün versiyası hazırlanır.
Milli.Az Androidvorld.Nl-ə istinadən bildirir ki, yeni versiya WhatsApp Web adlanacaq.Həmin versiya WhatsApp istifadəçilərinə kompüter vasitəsilə mesajları almağa və yollamağa imkan verəcək.
Yeni versiyanın hazırlandığına WhatsApp-ın proqram kodlarındakı yeniliklər də dəlalət edir.Hazırda istifadəçinin Google akkauntu vasitəsilə qeydə alınmasını tələb edən web.whatsapp.com resursu işə başlayıb. Fəqət, sayt tam hazır deyil. Belə ki, istifadəçiyə akkauntu seçmək təklif olunandan sonra elə bu səhifəyə redirekt olur.WhatsApp-ın veb-versiya hazırlamağa başlamasının əsas səbəbi Telegram messencerinin populyarlığıdır. Vkontakte sosial şəbəkəsinin sabiq rəhbəriPavel Durovun yaratdığı bu messencer həm də WhatsApp-ın keçmiş istifadəçilərinin hesabına sürətlə populyarlaşmaqdadır.
Bununla yanaşı, WhatsApp-da yuzerneymlər, bulud servisi, göndərilən mesajların silinməsi üçün taymer funksiyaları da olacaq.
WhatsApp-da səsli mesaj servisinin gələn ilin əvvəllərində istifadəyə verilməsi gözlənilir.
Mənbə: Milli.Az
15 dekabr 2014
GO BACK