Qadin.NET / Şahzadə ölkəni şoka saldı

Şahzadə ölkəni şoka saldı

 

Tayland kral taxt-tacının varisinin xanımı, şahzadə Srirasmi Aharafonqriçititulundan könüllü imtina edib. Milli.Az Associated Press-ə istinadən bildirir ki, ölkə kralı, 87 yaşlı Phumipon Adulyadet şahzadənin müraciətini qəbul edib və ona müsbət cavab verib.Srirasminin qərarına ailə üzvlərinin adlarının çəkildiyi korrupsiya qalmaqalı təsir edib.Dekabrın 1-də varis şahzadə Maha Vadçiralonqkorn arvadının qohumlarını bütün fəxri adlar və titullardan məhrum etmişdi. O, bundan belə kiminsə Aharafonqriçi soyadından istifadə etməsini yasaqlamışdı.Bir qədər əvvəl şahzadə Srirasminin 3 qohumu polis tərəfindən rüşvətxorluq və korrupsiyada suçlanıb. Onların hamısı ölkənin Mərkəzi İstintaq Bürosunda rəhbər vəzifələrdə çalışırdılar.Şahzadə Vadçiralonqkorn taxtda atası, kral Phumipon Adulyadeti əvəzləyəcək.

 

Srirasmi Aharafonqriçi 2001-ci ilin fevralında varis şahzadə Mahi Vatçiralonqkornla ailə qurmuşdu. 2005-ci ilin aprelində onların Dipanqkorn Rasmicoti adlı oğulları dünyaya gəlib.Varis şahzadə sayca 3-cü arvadı olan Srirasmi ilə artıq 3 ildir ki, birlikdə yaşamır.
Mənbə: Milli.Az
15 dekabr 2014
GO BACK