Dünyanın ən populyar və böyük sosial şəbəkəsi olan Facebook saytındakı axtarış nəticələrinə Microsoft Bing-in sonuclarını daxil etməyi dayandırıb. Milli.Az Reuters-ə istinadən bildirir ki, indiyədək Facebook-da iki axtarış sistemi vardı. Veb-kontentlə bağlı axtarış Bing əsasında, sosial şəbəkədəki materiallar üzrə axtarış və ya "sosial arama" isə Facebook Graph Search vasitəsilə aparılırdı.Fəqət hazırda Facebook saytında axtarış funksiyasını dəyişib.Microsoft yeniliyi şərh etməyib.Facebook və Microsoft illərdən bəri əməkdaşlıq edirlər. Hələ 2007-ci ilin oktyabrında Microsoft korporasiyası Facebook-da 240 milyon dollar yatırmış, nəticədə sosial şəbəkənin dəyəri 1,6 milyard dollara çatmışdı.
Facebook-un baş direktoru Mark Sukerberqin dediyinə görə, hazırda sosial şəbəkədə sutkada təqribən 1 milyard axtarış sorğusuna cavab verilir.
Statcounter servisinin məlumatlarına görə, Bing populyarlığına görə axtarış sistemləri arasında dünyada 2-ci yeri tutur.
Mənbə: Milli.Az