Çində 1996-cı ildə edam olunmuş 18 yaşlı gənc bəraət alıb.Məhkəmə ədalətsiz qərarla edam edilmiş gəncin valideynlərindən üzr istəyib.Milli.Az South China Morning Post-a istinadən bildirir ki, Huuqci adlı həmin gənc qadını zorlamaqda, sonra da qətlə yetirməkdə suçlanmışdı. Daxili Monqolustan əyalətinin Ali Məhkəməsi edam hökmunun çıxarıldığı prosesdən 18 il sonra qərara gəlib ki, Huuqci cünahsız olub.
Yeni qərar edam olunmuş gəncin dostu Yan Fenin iradəsinə əsaslanır. O, Daxili Monqolustan əyalətinin paytaxtı Huhhoto şəhərindəki ictimai ayaqyollarından birində qadın qışqırıqları eşidiləndə Huuqcinin yanında idi.Yan Fen keçib getmək istəsə də, Huuqci qadına yardım etmək istəyib.
"Daha sonra o, hadisə ilə bağlı xəbər vermək üçün polisə yollandı. Halbuki, mən Huuqciyə belə etməməyi deyirdim", - Yan Fen deyib.
2005-ci ildə qatil və seksual manyak Çjao Çjihun həbs olununda polisdə ifadə vermiş, Huhhotodakı ayaqyolunda qadını zorlayıb öldürdüyünü etiraf etmişdi.Daxili Monqolustanın Ali Məhkəməsi edam olunmuş gəncin ailəsinə təzminat qismində 30 min yuan (təqribən 5 min dollar) verilməsi barədə qərar qəbul edib.
Mənbə: Mİlli.Az