Qadin.NET / Tələbə Məhəmməd 72 milyon dollar qazandı

Tələbə Məhəmməd 72 milyon dollar qazandı

 

 

ABŞ-ın Nyu-York şəhərinin Kuins səmtində yaşayan 17 yaşlı tələbəMəhəmməd İslam birjadakı əməliyyat vasitəsilə 72 milyon dollar qazanıb. O, pulları dərslər arasındakı fasilə və tənəffüslər zamanı internetdən yararlanaraq səhm alverində əldə edib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Stuyvesant High School"da oxuyan Məhəmmədin dediyinə görə, gələn ilin iyun ayında iki dostu ilə birlikdə hec-fond yaratmaq niyyətindədir.
Məhəmməd hələlik kollec tələbəsi olduğundan yetkinlik yaşına çatmayıb. İyunda onun 18 yaşı tamam olacaq və Məhəmməd broker lisenziyası ala biləcək.
Məhəmmədin dediyinə görə, iki dostu ilə birlikdə gələn ilin sonunadək 1 milyard dollar qazanmaq niyyətləri var.
Üç dost indi məşhur "Morimoto" kafesində nahar etməyi, 400 dollarlıq qara kürülü buterbrodlar sifariş verməyi sevirlər."Qazandığım pulları yaxşı xərcləməyin yollarını hələ tapmamışam. Çox bahalı, lüks BMW avtomobili almışam, Manhettendə gözəl apartamenti kirayəyə götürmüşəm. Amma valideynlərim bu mənzilə köçmək istəmirlər", - Məhəmməd İslam deyib.Məhəmməd İslam birjada ilk əməliyyatını hələ 9 yaşı olanda gerçəkləşdirib. Həmin əməliyyatda o, pul itirsə də, yaxşı təcrübə əldə etdiyini söyləyib.
İlkin təcrübədən sonra Məhəmməd iqtisadiyyatla maliyyə əməliyyatlarını öyrənməyə başlayıb.
Vunderkind özünə ideal kimi milyarder Pol Tüdor Consu görür. O, fond birjasında ən iri "oyunçu"lardan biri hesab olunur və "Tudor Investment Corporation"ın sahibidir.
Mənbə: Milli.Az
15 dekabr 2014
GO BACK