"Dünyanın ən gözəl qızı" seçildi. ANS PRESS-in məlumatına görə, bu ada Rolene Strauss layiq görülüb. O, cənubi Afrikanın təmsilçisi olub. 22 yaşlı Rolena tələbədir. Tacın yeni sahibi olan gözəl həkim olmaq arzusundadır. Boş vaxtlarında o qolf oynayır, velosiped sürür, kitab oxuyur. Rolena piano, fleyta, gitara da çala bilir. İlki 63 il öncə İngiltərənin paytatı Londonda keçirilən Dünya gözəllik yarışmasının 64-cüsü də Londonda baş tutub. İkinci Macarıstandan olan gözəl Edina Kulcsar, üçüncü isə amerikalı Elizabet Safrit olub. Ümumilikdə isə müsabiqədə 122 ölkədən olan gözəllər iştirak edib.
Mənbə: ANS PRESS