Qadin.NET / Qış ayaqqabısını necə seçməli?

Qış ayaqqabısını necə seçməli?

 

Havaların soyuması qışın qapının önündə olmasından xəbər verir. Bu isə insanların qış qayğılarını artırır. Qış mövsümünə görə düzgün ayaqqabı seçiminin edilməsi vacibdir. Ayaqqabı alarkən nələrə diqqət edilməlidir?
Milli.Az Kanal S-ə istinadən bildirir ki, hər mövsümün öz geyimi, ayaqqabısı olduğu üçün qış mövsümünün də öz ab-havasına uyğun geyimləri var. Bu mövsümdə ayaqqabılara xüsusi diqqət göstərmək lazımdır.
Ayyaqqabılarımızda yaranan xırda pozulmalarda onu təmir etdiririk. Elə insanlar da var ki, ayaqqabını alar-almaz onu tikdirirlər. Məqsəd ayaqqabının dözümlülüyünü artırmaqdır.
Ayyaqqabı alarkən yanlış bir seçim bizi müxtəlif çətinliklər və problemlər qarşısında qoya bilər. Suni dərilər  işığın, günəş şualarının təsirindən kimyəvi dəyişikliyə məruz qalır. Ayaqda qaşınma, göbələk və digər xəstəliklər yaranir. Bəs keyfiyyətli ayaqqabını keyfiyyətsizdən necə fərqləndirmək olar?
Ayaqqabını  satiş yerindən almaq yerinə inandıqları və tanıdıqları çəkməçilərə tikdirənlər də az deyil. Əsas odur ki, seçdiyiniz ayaqqabı ayağınıza  rahat  olsun və sağlamlığınıza zərər yetirməsin. 

Mənbə: Milli.Az

 

14 dekabr 2014
GO BACK