Washington Post qəzeti onun bu barədə yaxın bir ay ərzində elan edə biləcəyini yazıb. Qəzet hesab edir ki, əgər Ceb Buş yanvar ayında prezident postu uğrunda mübarizə aparmaq qərarını açıqlasa və ya şanslarını öyrənmək üçün komitə yaratsa, onda o, öz potensial rəqibləri ilə müqayisədə daha əlverişli vəziyyətdə olacaq.
Qəzetin qeyd etdiyinə görə, ABŞ-da artıq 2016-cı ildə seçkilərdə iştirak etmək üçün donorların pulları və ən yaxşı polittexnoloqlar üzərində gizli mübarizə başlayıb.
Mənbə: ANS PRESS