Qadin.NET / "Dünya Gözəli - 2014" seçiləcək

"Dünya Gözəli - 2014" seçiləcək

"Dünya Gözəli - 2014" seçiləcək
“Dünya gözəli -2014” yarışmasının final mərhələsi Londonda keçiriləcək. ANS PRESS-in məlumatına görə, dünya gözəli adı uğrunda bu il 125 iştirakçı mübarizə aparacaq. Yarışmada iştirak edən qızlar artıq 20 noyabrdan Londondadırlar. Gözəllər burada müxtəlif xeyriyyə tədbirlərinə qatılıblar. Bununla yanaşı onlar podiuma çıxıblar, həmçinin bir- birləri ilə idman və intellek üzrə müsabiqələrdə yarışıblar. Bu ərəfədə, “Top Model” yarışmasının qalibləri artıq açıqlanıb. Dəniz modası, multimediya, istedad müsabiqəsi, fitness və idman üzrə yarışlarda onlar mübarizə aparıblar. İlk beşliyə daxil olanlar Çin, Cənubi Sudan, Bosniya - Hersoqovina, Macarıstan və Avstraliyadan olan təmsilçilər qərarlaşıb. Beşliyə dəniz modası mükafatı üzrə Meksika, Keniya, İsveç, Cənubi Afrika və Hindistandan olan təmsilçilər daxil olub.Multimediya müsabiqəsi üzrə Niderland, Qayana , Hindistan, ABŞ və İngiltərə təmsilçiləri qərarlaşıb.Xüsusi bacarıq və istedadları ilə mübarizə aparan qızlar isə Malaziya, Şotlandiya, Russiya, İsveç və ABŞ təmsilçiləri olub.İdman üzrə müsabiqədə isə Filippin, Macarıstan, Serbiya, Uelsdən olan təmsilçilər yer qazanıblar. Qeyd edək ki, "Dünya Gözəli 2014" yarışmasının final mərhələsində qalib olan xanıma hazırki filippinli dünya gözəli Meqan Yanq öz tacını təqdim edəcək. 

Mənbə6 ANS PRESS

14 dekabr 2014
GO BACK