Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.Temperaturun gecə 3-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu təşkil edəcək.Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək.Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.Aran rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 m/s sürətlə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Mənbə: Milli.Az