Hindistanın “Xolo” şirkəti “Q900s Plus” smartfonunu nümayiş etdirib. İstehsalçı bu aparatı dünyanın ən yüngül qurğusu elan edib: cihazın çəkisi 100 qram təşkil edir.
ANS PRESS-in ICTnews-a istinadən məlumatına görə, aparatın texniki xarakteristikalarına gəlincə, “Q900s Plus” smartfonu 4,7 düymlük HD təsvir ölçülü ekran, 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 200” prosessoru, 1 QB əməli və 8 QB daxili yaddaş (“microSD” üçün slot var), 8 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralarla təchiz edilib. Akkumulyatorun tutumu 1800 milliamper/saat təşkil edir, “Android 4.4 KitKat” mobil əməliyyat sistemi quraşdırılıb.
Qurğunun qiyməti 133 dollar təşkil edir.
Mənbə: ANS PRESS