Qadin.NET / Marsda qəribə olay

Marsda qəribə olay

Virtual arxeoloqlar bayram edirlər - "Maraq"  robotunun (NASA Mars rover Curiosity) Marsdan çəkib göndərdiyi fotoda onlar uçan obyekt görüblər. 
Milli.Az Day.Az-a istinadən bildirir ki, şəkildə bir daşın səth üzərindən xeyli yüksəkdə dayandığı, hətta kölgə saldığı aydın görünür. Mars fenomeninin ağlabatan izahı yoxdur. Əlbəttə, levitasiya - real haldır, onu güclü maqnit sahəsinin köməyilə yaratmaq mümkündür. Diamaqnit xüsusiyyəti olan istənilən obyekti bu zaman "asmaq" olar. Bu halda, məsələn, mismardan fərqli olaraq, maqnit bu obyektləri özünə çəkmir, itələyir. Bir növ, maqnit sahəsi zəif olan yerə atır.  Levitasiya eksperimentlərini bir zamanlar 2010-cu il Nobel laureatı, fizik Andrey Geym aparırdı. 
O, sosiskadan tutmuş qurbağayadək müxtəlif obyektləri havada "süzməyə" vadar edirdi. Bu təcrübələrinə görə alim hətta 2000-ci ildə Şnobel mükafatı da almışdı. Bu levitasiya gərginliyi Yerin təbii maqnit sahəsindən 10 milyon dəfə çox olan maqnit sahəsinin sayəsində əldə edilmişdi. Marsın heç təbii maqnetizmi də yoxdur. Kiminsə orada levitasiya yaratması isə fantastikadır. Lap böyük qayaların səmada "pərvaz elədiyi" "Avatar" filmi yada düşür. Ən asanı - daşın "havada" olmadığını, sadəcə yanındakı başqa obyektin tünd rəngdə olduğunu fikirləşməkdir. Amma yaxından baxanda yenə də onun asılı qaldığını təxmin eləmək olar. 
Yeri gəlmişkən, daşdan bir az aralıda dairəvi obyekt nəzərə çarpır. Görəsən, o nədir? 

Mənbə: Milli.Az

14 dekabr 2014
GO BACK