Ukraynanın şərqində hökumət qüvvələri və rusiyapərəst separatçılar arasında baş verən münaqişədə 4 min 634 nəfər həlak olub, 10 min 243 nəfər yaralanıb.ANS PRESS-in məlumatına görə, bu haqda BMT-nin humanitar məsələlər üzrə koordinasiyası idarəsinin dekabrın 7-nə olan məlumatında bildirilir.Dekabrın 12-də yayılan sənəddə isə bildirilir ki, bir milyondan artıq şəxs öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Hazırda münaqişə zonasında 5 milyondan artıq dinc əhalinin yaşadığı qeyd olunur.Qeyd edək ki, atəşkəs razılaşması sentyabr ayında imzalansada o zamandan bəri baş verən toqquşmalarda mindən artıq adam öldürülüb.Hazırda bir neçə gündür ki, atəşkəsə əməl olunur.
Mənbə: ANS PRESS