Qadin.NET / Qəbələdə torpaqla bağlı sənədlər vətəndaşlara təqdim olundu

Qəbələdə torpaqla bağlı sənədlər vətəndaşlara təqdim olundu

 

Noyabrdan etibarən vətəndaşlara əvvəllər verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri çıxarışlarla əvəz olunur. Növbəti olaraq, Qəbələdə 200, Şəkidə isə 250-yə yaxın vətəndaş bu imkandan yararlanıb. Bu kampaniya Qəbələ və Şəki rayonlarından əlavə, Saatlı, Şəmkir, Abşeron və Cəlilabad rayonlarında da keçirilib. Ümumilikdə 1000-ə yaxın vətəndaş bundan faydalanıb. Vaxta qənaət və vətəndaşların rahatlığını təmin etmək üçün çıxarışlar vətəndaşlara yerlərdə təqdim olunur. 
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, indiyədək mobil ofislər vasitəsilə 2100 məntəqədə 15000 vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Bununla yanaşı, sakinlər arasında maarifləndirmə tədbirləri də görülür. Bütün bu işlər daşınmaz əmlakla bağlı alqı-satqı proseslərinə müsbət təsir göstərir. Kampaniya əhali arasında etibarlı və zəmanətli mülkiyyətə inamı artırır. Xidmətlərin elektron və onlayn formada həyata keçirilməsi isə ərazi qeydiyyat idarələrində xidmətin yaxşılaşdırılması, qeydiyyat sahəsində şəffaflığın və operativliyin təmin olunması baxımından əhəmiyyət kəsb edir. 

Mənbə: Milli.Az

 

14 dekabr 2014
GO BACK