İndoneziyada Yava yarımadasının mərkəzi hissəsində güclü qasırğa nəticəsində 7 nəfər həyatını itirib, 108 nəfər itkin düşüb. ANS PRESS-in məlumatına görə, təbii fəlakət 105 evi dağıdıb. Cümə günü axşam palçıq axını Banjaneqara şəhərini bürüyüb. Yerli sakinlər təxliyyə olunur. Hazırda müvəqqəti sığınacaqlarda 379 nəfər yerləşdirilib. Qasırğanın evakuasiya üçün yararlı bütün yolları pis günə qoyması xilasetmə əməliyyatlarını ləngidir.
Mənbə: ANS PRESS