Qadin.NET / Cırıq qaloşlar muzeyə qoyuldu

Cırıq qaloşlar muzeyə qoyuldu

 

Cırıq qaloşlar muzeyə qoyuldu

Türkiyə Karaman vilayətinin Ermenek rayonunda 18 nəfərin ölümü ilə nəticənən mədən qəzası vaxtı hadisə yerinə gedən ölmüş fəhlələrdən birinin atasının ayaqqabıları mətbuatın diqqət mərkəzində olmuşdu. ANS PRESS-in xəbərinə görə, həmin gün mədəndə qalan oğlu fəhlə Tezcan Gökçeden xəbər almaq üçün gedən ata Receb Gökçenin ayaqlarında cırıq qaloş vardı. Məlumata görə, qəzanın baş verdiyi yerdə 38 gün işləyən TV jurnalisti Ata Gündüz Kurşun qayıdanda Receb Gökçedən qaloşlarını istəyib. Jurnalist cırıq qaloşları Afyonkarahisarda biznesmen İbrahim Alimoğluna verib. Biznesmen bu qaloşları maraqlı eksponatların nümayiş olunduğu şəxsi muzeyinə qoyacaq. Qeyd edək ki, fəhlə atasının cırıq qaloşları uzun müddət ölkə ictimaiyyəti arasında müzakirə obyekti olmuşdu. 

 

Mənbə: ANS PRESS

13 dekabr 2014
GO BACK