“Facebook”un yaradıcısı və icraçı direktoru Mark Zukerberg sosial şəbəkədə “bəyənmirəm” (dislike) və eləcədə “bəyənirəm” (like) düyməsinin tətbiqi ideyasını düz saymır. ANS PRESS-in məlumatına görə, öz mövqeyini Zukerberq cümə günü ictimai müsahibəsi zamanı bildirib.
İstifadəçilərin suallarını cavablandırarkən “Facebook” başçısı “mənfi yanaşma” düyməsinin maraqlı olduğunu və şirkətdə onun müzakirə edildiyini bildirib. Lakin Zukerberqin fikrincə mənfi yanaşma üçün məxsusi funksionalın yeridilməsi lazım deyil. “Düşünmürəm ki, postlar üçün onların- yaxşı və ya pis olduğunu müəəynləşdirəcək səsvermənin tətbiqi lazımdır”- deyə o bildrib. Zukerberq fikrincə “Layk”ın yeri olmadığı təqdirdə, məsələn qəmgin hadisə ilə bağlı emosiyaları şərhlərdə bildirmək olar.
Mənbə: ANS PRESS