Şimali Amerikada “2015-ci ilin avtomobili” (North American Car and Truck/Utility of the Year) adına namizədlərin final siyahısı elan edilib. Mükafat iki kateqoriyada maşınlara təqdim ediləcək: yüngül və yolsuzluq avtomobilləri. Qaliblər yanvarda keçiriləcək Detroyt avtosalonunda elan ediləcək.Milli.Az 4charx.com-a istinadən bildirir ki, yüngül avtomobillər kateqoriyasında müsabiqənin finalçıları Hyundai Genesis, Volkswagen Golf və Ford Mustang avtomobilləri deçilib. Ən yaxşı yolsuzluq avtomobili və pikap adı uğrunda isə Ford F-150, Chevrolet Colorado və həmçinin Lincoln MKC mübarizə aparacaq. Finalçılar KİV-lərdə çalışan 57 ekspert tərəfindən səsvermə ilə müəyyənləşdiriləcək.
Mənbə: Milli.Az