Citroen şirkkəti yenilənmiş C4 heçbekini təqdim edib. Modelin kuzovunun ön və arxa hissələri yüngül dəyişikliyə məruz qalıb. Kapotun altında əvvəlki dörd diapazonlu transmissiyanı əvəz edən altı pilləli avtomat ötürücü qutu ilə birgə çalışan üç silindrli mühərrik yer alıb.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, əvvəlki versiyadan restaylinq edilmiş variant yeni “tutqunlaşdırılmış” və LED elementlər əldə etmiş əsas işıq faraları və fərqli arxa fənərlərlə seçilir. Heçbek həmçinin kuzov üçün əlavə rəng çalarları, yeni dizaynlı təkər diskləri və salon üçün daha keyfiyyətli materialdan tərtibat əldə edib.
C4 yeni 7 düym sensor ekranlı multimedia kompleksi, həmçinin qəza zamanı maşının harada olduğunu müəyyən edən və təcili yardım xidməti çağıran Citroen Connect Box sistemi əldə edib.
Opsiyada heçbek açarsız salona daxil olma və mühərriki işə salma, yolda bütöv xətti keçməyə nəzarət və görünməyən zonaların izlənməsi sistemləri də əldə edib.
Citroen C4 “Avro-6” tələblərinə cavab verən iki benzin (110 və 130 a.g.) və iki dizel (100 və 120 a.g.) mühərriki ilə təklif ediləcək.
Avtomobil diler salonlarına 2015-ci ildə daxil olacaq.
Mənbə: Milli.Az