London hakimiyyəti yerli vaxtla saat 19:00-dək (Bakı vaxtı ilə saat 23:00-dək) şəhər üzərində hava məkanını bağlayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb kimi kompüter sistemindəki nasazlıq göstərilir.
Hitrou aeroportunun "Twitter" səhifəsində deyilir ki, dispetçer mərkəzində elektrik enerjisinin olmaması səbəbindən hazırda uçuşlar yubanır: "Bu, Böyük Britaniyanın hava məkanına təsir edir".
Mənbə: Milli.Az