Qadin.NET / Parollar az sonra olmayacaq

Parollar az sonra olmayacaq

 

Google, Microsoft, PayPal və Samsung kimi şirkətlərin daxil olduğu FIDO Alyansı adi parolsuz və ikifaktorlu autentifikasiya üçün standartların son versiyalarını dərc edib. 

Milli.Az ICTnevs-a istinadən bildirir ki, bu texnologiyadan istifadə edən proqram və saytlar indi daha sadə və eyni zamanda etibarlı autentifikasiya üsullarından yararlana biləcək. Məsələn, sayta daxil olmaq üçün istifadəçi hansı qurğuda işləməsindən asılı olmayaraq barmaq izindən və ya USB açardan istifadə edə bilər 
Hazırda FIDO texnologiyasının köməyi ilə işi dəstəkləyən proqram və aparat həlləri çox azdır. Lakin standartın dəqiq spesifikasiyalarının son təsdiqi ilə 2015-ci ildə parolsuz autentifikasiya imkanlarının artacağı gözlənilir.
Bu, standartın Bluetooth və NFC protokolları ilə işləyə bilməyən ilk versiyasıdır.
Qeyd olunur ki, bu, başlanğıc mərhələdir və yaxın vaxtlarda daima beyində saxlanılan parolların sayını azaltmaq mümkün olacaq.
Mənbə: Milli.Az

 

12 dekabr 2014
GO BACK