Qadin.NET / Yeni ildə sakitlik olacaq?

Yeni ildə sakitlik olacaq?

 

"Dövlət Gömrük Komitəsi (DGK) bilavasitə satış məntəqələrində qadağan olunmuş pirotexniki məmulatları müsadirə edəcək". Trend-in məlumatına görə, bu barədə  jurnalistlərə DGK-nın sədr müavini Əsgər Abdullayevdeyib.
Onun sözlərinə görə, Azərbaycana pirotexniki məmulatlar qaçaqmalçılıq yolu ilə gətirilir: "Gömrük Komitəsi belə faktların aradan qaldırılması üzərində işləyir, lakin qaçaqmalçılar ölkəyə qanunsuz olaraq pirotexniki məmulatlar keçirməyə müvəffəq olurlar".
Qeyd edək ki, Azərbaycanda pirotexniki vasitələrin satışı qadağan edilib, lakin bayramlar, xüsusilə Yeni il ərəfəsində ölkədə müxtəlif pirotexniki məmulatların satışı faktlarına tez-tez rast gəlinir.
Mənbə: Milli.Az

 

12 dekabr 2014
GO BACK