Qadin.NET / Neftlə bağlı ilginc açıqlama

Neftlə bağlı ilginc açıqlama

 

Neftlə bağlı ilginc açıqlama

İri investisiya banklarının analitiklərinin fikrincə, 2015-ci il neft bazarındakı qeyri-stabilliklə müşayiət olunacaq. Bu da neftin barrelinin maksimal və minimal qiymət fərqinin 80 dollara qədər artması ilə nəticələnə bilər.Analitiklər qiymətlərdəki qeyri-sabitliyin son illər stabil və baha qiymətlərə alışmış neft bazarının gələcəkdə uzunmüddətli xüsusiyyətinə çevrilə biləcəyi fikrindədirlər.Merril Lynch bankının analitik qeydlərində OPEC-in neft qiymətlərini tənzimləməkdən imtina etməsi səbəbindən gələcəkdə “qara qızılın” minimum və maksimim qiymətləri arasındakı 50 dollarlıq fərqin adi hal olacağı qeyd edilir.Neftin barrelinin orta qiymətinin 70 dollar təşkil edəcəyini və bəzi hallarda 53 dollara qədər enə biləcəyini proqnozlaşdıran Morgan Stanley bankı OPEC-in qiymətin 30 dollara düşəcəyi təqdirdə vəziyyətə müdaxilə edəcəyini gözləyir.
Nyu-York əmtəə birjasında WTI markalı neftin barreli 0,99 dollar (1,6 faiz) ucuzlaşaraq 59,95 dollara qədər enib. Londonun kontinentlər arası birjasında isə sessiyanın sonunda Brent markalı neftin barrelinin qiyməti 0,43 dollar bahalaşaraq 64,67 dollar olub.

 

Mənbə: ANS PRESS

12 dekabr 2014
GO BACK