Qadin.NET / Ərdoğandan şok açıqlama

Ərdoğandan şok açıqlama

 

Ərdoğandan şok açıqlama

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün və onun ətrafının necə həbs olunması ilə bağlı hazırlanan plan barədə açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Ərdoğan Türkiyədə keçən il 17 dekabrda polisin keçirdiyi "rüşvətxorluq və qaçaqmalçılıq" əməliyyatında "paralel hölumət"in planlarını açıqlayıb. 
O, bildirib ki, "17 dekabr" əməliyyatında nəzərdə tutulmuşdu ki, baş nazir və bir sıra nazirlər həbs edilsin.
"Onlar hər şeyi planlamışdılar. Plana görə mən də həbs edilməliydim. Amma əsas məsələ mən deyildim. Onlar Vətənin müstəqilliyinə zərbə vurmaq istəyənlərlə iş birliyinə girərək ölkəni təhlükə altına atmaq istəyirdilər. Baş naziri və nazirləri həbs edilməsinin planı da hazır idi. Hətta mənim həbs edilməyimdən sonra yeni hökumətdə kimlərin olacağını da müəyyən etmişdilər. Yeni baş nazirin kim olacağı da məlum idi. Bunlarla bağlı sənəd və dəlillərin hamısı əlimizdədir", deyə Ərdoğan bildirib.
Qeyd edək ki, keçən il 17 dekabrda "paralel hökumət" - gülənçilər "rüşvətxorluq və qaçaqmalçılıq" adı altında əməliyyat keçirmişdi. Bu əməliyyat nəticəsində hökumətə ciddi zərbə vurulmuşdu.

 

Mənbə: ANS PRESS

12 dekabr 2014
GO BACK