Qadin.NET / Aviabiletlər ucuzlaşaq - AZAL-dan reaksiya

Aviabiletlər ucuzlaşaq - AZAL-dan reaksiya

 

Neftin qiymətinin ardından aviabiletlərin də qiymətləri ucuzlaşacaq. Lakin bu proses sürətlə baş verməyəcək

APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) yaydığı məlumatda deyilir.
IATA-nın hesablamalarına əsasən, aviaşirkətlər bu il sərnişin reysləri üçün yanacağa tətbiq edilən əlavə rüsum orta hesabla 5%, yük üçün 5,8% azaldacaq. Bu isə daşınmaların həcminin artmasına təkan verəcək.
Assosiasiya aviaşirkətlərin 2014-cü il üçün gəlirləri üzrə proqnozunu 18 mlrd. dollardan 20 mlrd. dollara yüksəldib. Neftin ucuzlaşması səbəbindən gələn il üçün aviaşirkətlərin gəlirləri üzrə proqnoz 25 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır.
Aviabiletlərin ucuzlaşıb-ucuzlaşmayacağına “Azərbaycan Hava Yolları” QSC-də münasibət açıqlayıb. Dövlət konserninin Mətbuat katibliyinin rəisi Məhərrəm Səfərli APA-ya bildirib ki, hazırda bu məsələ nəzərdən keçirilmir.

Mənbə: Milli.Az

 

12 dekabr 2014
GO BACK