Qadin.NET / Sürücülük vəsiqəsini smartfon əvəzləyəcək

Sürücülük vəsiqəsini smartfon əvəzləyəcək

 

ABŞ-ın Ayova ştatının nəqliyyat departamenti plastik sürücülük vəsiqələrini smartfonla əvəzləmək qərarına gəlib. Milli.Az-ın məlumatına görə, nəqliyyat departamentinin rəhbəri Pol Trombino bildirib ki, sürücülər smartfonla yanaşı plastik kartlardan da istifadə edəcəklər. Ancaq yol polisi müfəttişləri onları saxlayarkən, smartfonlarını da göstərə biləcəklər. Bunun üçün isə xüsusi mobil tətbiq hazırlanıb. 
Tətbiqin təhlükəsizliyini xüsusi şifrə təmin edəcək. Gələcəkdə isə barmaq şifrəsindən də istifadə ediləcək. 

Mənbə: ANS PRESS

 

12 dekabr 2014
GO BACK