“Legionerlərlə bağlı limit qaldırılarsa, bu “Qarabağ”a böyük kömək edər”. ANS PRESS-in məlumatına görə, bunu “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, belə olan halda çox qısa zamanda böyük uğurlar əldə etmək mümkündür:
“Amma bir tərəfədən də belə düşünürük ki, öz azərbaycanlı futbolçularımızı yetişdirək. Bu limit ölkə futbolunun inkişafına da müsbət təsir edəcək. “Qarabağ” üçün ən böyük uğur yeni qurulan təlm-məşq bazasıdır. Bizim klub bu günə kimi çox çətinliklər çəkib. Öz aramızda müzakirələr aparıb gələcəklə bağlı hədəflərimizi müəyyən edəcəyik. Biz Qurban Qurbanovla çalışmamıza davam edəcəyik”.
Klub rəsmisi bildirib ki, bu cür sadə vəziyyətdən o cür qərarın çıxarılması bizim üçün çox ağırdır: ““Qarabağ”ın UEFA ilə çox yaxşı münasibətləri var. Təəssüf ki, əlimizdə hər hansı sübut və ya fakt yoxdur. Biz UEFA ilə münasibətlərimizi də korlamaq istəmirik. Ancaq hələ də bu cür vəziyyətdən belə qərar çıxarılması bizdə sual doğurur”, - deyə Tahir Gözəl söyləyib.
Mənbə: ANS PRESS