Qadin.NET / "Nəyə görə hakim təmiz qolu qeydə almadı?!"

"Nəyə görə hakim təmiz qolu qeydə almadı?!"

 

 

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” - “İnter” oyununu şərh edərkən deyib.
O qeyd edib ki, bu, Azərbaycan futbol tarixinin ən vacib oyunlarından biri idi. İlk dəfə bir Azərbaycan klubu 1/16 final mərhələsinə vəsiqə qazanmağa bu qədər yaxınlaşmışdı: "Qarabağ"ın son dəqiqələrdə qaydalara uyğun vurduğu qolu çexiyalı referi qeydə almadı. Bir nəfərin özbaşınalığı, ağlasığmaz qərarı bütün Azərbaycan xalqını məyus etdi. Başa düşmürəm, nəyə görə hakim təmiz qolu qeydə almadı?! “Qarabağ” həmin oyunda qalib gəlməliydi. Təəssüf ki, onun bu qərarı azarkeşlərin qəlbində silinməz iz qoydu".
Millinin üzvlərinə gəlincə, baş məşqçi bildirib ki, dünən bəzi epizodlarda daha yaxşı oynaya bilərdilər: "Ümumilikdə götürsək, onların çıxışından razıyam. Onların potensialına bələdəm. Bilirəm ki, dünənkindən də yaxşı oynaya bilərlər. Xüsusilə, gənc oyunçuların potensialını qeyd etmək, onların üzərində işləmək lazımdır. Bilirik ki, onlar bundan da yaxşı oynaya bilərlər. Ad çəkmək istəmirəm. Hamı bilir ki, söhbət kimlərdən gedir. Onlar öz üzərilərində daha çox işləməlidirlər. Aşağı yaş qruplarından ibarət yığmalarda da istedadlı, potensialı yüksək olan uşaqlar var. Onları düzgün istiqamətləndirib bacarıqlarından istifadə etməliyik".

Mənbə: Milli.Az

12 dekabr 2014
GO BACK