Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1234 nəfər qidadan zəhərlənib.Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1122 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə 21 botulizm hadisəsi baş verib. Nəticədə 37 nəfər zərər çəkib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.
Zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Ümumilikdə, qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.
Mənbə: ANS PRESS