Qadin.NET / "Qarabağ"-"İnter" oyununun nəticəsi dəyişə bilər

"Qarabağ"-"İnter" oyununun nəticəsi dəyişə bilər

 

"Qarabağ"-"İnter" oyununun nəticəsi dəyişə bilər

"Qarabağ"la "İnter"in oyununda Riçard Almeydanın vurduğu qolun hesaba alınmaması ciddi qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, "Qarabağ" UEFA-ya rəsmi etiraza hazırlaşsa da bunun nəticəni dəyişməyəcəyini deyənlər var. Amma... UEFA-nın əsasnaməsi bunun əksini deməyə əsas verir. UEFA əsasnaməsinin 50-ci maddəsində bununla bağlı bəndlər var. Bəndlərdə mübahisə doğuran oyunların rəsmi etirazdan sonra nəticəsinin dəyişməsi mümkünlüyü yazılıb. İndi qalır vaxtı yubatmadan UEFA-ya etiraz etmək. 
Qeyd edək ki, "Qarabağ" klubu prezidenti Tahir Gözəl "Qarabağ"-"İnter" oyununun idarəçiliyi ilə bağlı bu gün mətbuat konfransı keçirəcək. 

 

Mənbə: ANS PRESS

12 dekabr 2014
GO BACK